İndoneziyanın yeni prezidenti Prabovo Subianto başqasının nağarasında rəqs etməyəcəyini bildirib. Onun seçkilərdə qələbəsi elan edildikdən sonra çıxışı Kompas.TV kanalında yayımlanıb.
“Biz başqasının nağarasına rəqs etmək istəmirik. Yüz illər boyu biz imperialistlər və müstəmləkəçilər tərəfindən parçalanmışıq”, - Subianto qeyd edib.
O, birləşmiş İndoneziya xalqı adından ölkəyə rəhbərlik etməyə hazırlaşdığını bildirib.
Bundan əvvəl Rusiya ilə əlaqələrin inkişafının tərəfdarı olan İndoneziyanın müdafiə naziri Subiantonun 58,6 faiz səslə prezident seçkilərində qalib gəldiyi bildirilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.