AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qədim nümunələrdəki plastik qalıqlar arxeoloqları qəzəbləndirir

  • + A
  • - A
  • 22-03-2024, 21:51

    Qədim nümunələrdəki plastik qalıqlar arxeoloqları qəzəbləndirir

    York və Hull Universitetlərindən olan britaniyalı alimlər eranın 1-ci və 2-ci əsrlərinə aid arxeoloji yataqlarda ilk dəfə olaraq mikroplastik çirklənmə aşkar ediblər. Tədqiqat “Science of the Total Environment” (STE) elmi jurnalında dərc olunub.

    Mikroplastiklər ölçüləri bir mikrometrdən 5 millimetrə qədər dəyişən kiçik plastik hissəciklərdir.

    “Bir vaxtlar tədqiqat üçün yetişmiş təmiz arxeoloji çöküntülər faktiki olaraq plastiklə çirklənmişdir. Buraya 1980-ci illərin sonlarında seçilmiş saytlar daxildir. Plastikin mövcudluğu elmi araşdırmalara mane ola bilər”, - professor Con Şofild bildirib.

    Tədqiqat zamanı həm müasir, həm də arxiv çöküntü nümunələrində 16 müxtəlif növ mikroplastik müəyyən edilib.

    York Arxeologiya elmi birliyinin baş direktoru Devid Cenninqsin sözlərinə görə, plastik çirklənmə təkcə ekologiya üçün deyil, həm də arxeologiya elmi üçün problemdir.

    Polimer hissəciklərinin olması torpağın kimyəvi tərkibini dəyişir, üzvi maddələrin parçalanmasını sürətləndirən elementləri təqdim edir. Bu, tədqiqatçıları dəyərli tapıntılardan məhrum edə bilər.

    Məqalə müəllifləri qeyd ediblər ki, arxeoloqlar indi çöküntüləri müxtəlif sintetik maddələrin, o cümlədən plastik tullantıların təsirindən qorumaq yollarını tapmalıdırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR