AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Google brendli yeni smartfonun dizaynı və xüsusiyyətləri açıqlanıb

  • + A
  • - A
  • 27-03-2024, 21:45

    Google brendli yeni smartfonun dizaynı və xüsusiyyətləri açıqlanıb

    Nüfuzlu insayder OnLeaks, 91mobiles portalı ilə birlikdə qarşıdan gələn Google Pixel 9-un yüksək keyfiyyətli renderlərini dərc etdi və şirkətin bütün smartfonlar xətti haqqında bəzi məlumatları açıqladı.

    Qeyd olunur ki, əvvəllər dərc edilmiş renderlər Pixel 9 Pro və Pixel 9 Pro XL modellərinə, yeniləri isə flaqman xəttinin baza modelinə aiddir. Beləliklə, Pixel 9 seriyadakı köhnə modellərə bənzər yenilənmiş dizayna sahib olacaq. Smartfon düz kənarlara və şüşə arxa panelə sahib olacaq.

    Qurğunun fərqli xüsusiyyəti indi yan çərçivəyə uzanmayan, lakin ayrıca element olan böyük kameralar bloku olacaq. Əsas modeldə iki arxa kamera, telefoto obyektiv isə daha yüksək səviyyəli modellər üçün eksklüziv olaraq qalacaq.

    Pixel 9-un ölçüləri 152,8 x 71,9 x 8,5 mm, kamera sahəsində qalınlığı isə 12 mm-ə çatacaq. Sızma həmçinin Pixel 9-un displey diaqonalının 6,03 düym, Pixel 9 Pro-nun 6,1 düym, Pixel 9 Pro XL-nin isə 6,5 düym olacağını ortaya qoydu. Yeni məhsullar flaqman Google Tensor G4 çipini və 15 Vt gücündə yenilənmiş Qi2 simsiz enerji doldurma standartını dəstəkləyəcək.

    Pixel 9 xəttinin rəsmi təqdimatının bu ilin oktyabrında keçirilməsi planlaşdırılır. Ola bilsin ki, cihazların ilkin elanı mayın 14-də baş tutacaq Google I/O 2024 konfransı çərçivəsində baş tutsun.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR