AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Alimlər qaranlıq maddənin varlığına dair yeni sübutlar tapıblar

  • + A
  • - A
  • 30-04-2024, 22:03

    Alimlər qaranlıq maddənin varlığına dair yeni sübutlar tapıblar


    İrvinedəki Kaliforniya Universitetinin amerikalı alimləri qaranlıq maddənin mövcudluğuna dair yeni dolayı sübutlar əldə ediblər. Bunu bir sıra rəqəmsal modelləşdirmə təcrübələri göstərdi. Tədqiqat Royal Astronomical Society (MNRAS) adlı elmi jurnalda dərc olunub.

    Test real qalaktikalarda öyrənilən qəribə xüsusiyyətlərin mövcudluğunu izah etmək üçün hər iki növ maddənin - müntəzəm və qaranlıq - kompüter simulyasiyalarını əhatə edirdi. Söhbət ulduzların və kosmik qazların hərəkətindəki nümunələrdən gedirdi.

    Komanda bildirib ki, bu xüsusiyyətləri qaranlıq maddənin təsirlərini nəzərə almadan izah etmək çətindir.

    Tədqiqatçılardan biri, fizika professoru Ceyms Bullok deyib: "Müşahidə olunan qalaktikalar gördüyümüz maddə ilə ehtimal olunan qaranlıq maddə arasında sıx əlaqəyə tabe olur".

    Bu nəticələr qaranlıq maddənin varlığına şübhə ilə yanaşan başqa bir qrup alim tərəfindən də təsdiqlənib.

    Elmi məqalənin həmmüəllifi, dosent Xorxe Moreno əlavə edib: “Sadə dillə desək, müşahidələrdə öyrəndiyimiz xüsusiyyətlər həm qaranlıq maddənin mövcudluğunu, həm də normal maddənin fizikasını nəzərə almağı tələb edir”.

    Mövcud nəzəriyyələrə görə, qaranlıq maddə Kainatın kütləsinin 85%-ni təşkil edə bilər. Lakin bu sirli maddə işıqla qarşılıqlı əlaqədə olmadığı üçün hələ heç kim onu ​​aşkar edə bilməyib.

    Əvvəllər elm adamları Kainatda qaranlıq maddənin mövcudluğu fərziyyəsini şübhə altına alırdılar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR