“Apple”ın proqram təminatının inkişafı üzrə baş vitse-prezidenti Kreyq Federighi “iJustine” nəşrinə müsahibəsində şirkətin qadcetlərində süni intellektin gələcəyi ilə bağlı öz baxışından danışıb. Bu barədə 9to5Mac portalı məlumat yayıb.
Federighi əmin olduğunu bildirib ki, Apple gələcəkdə istifadəçilərə Apple Intelligence platforması çərçivəsində müxtəlif süni intellekt modellərini seçmək imkanı verəcək. Hal-hazırda yeganə mövcud seçim OpenAI-nin ChatGPT-dir, lakin Federighi gələcəkdə potensial alternativ olaraq Google Gemini-ni əlavə etməyə işarə etdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.