AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dərimizlə bağlı bilmədiklərimiz - Həkim tövsiyəsi

  • + A
  • - A
  • 24-06-2024, 14:55

    Dərimizlə bağlı bilmədiklərimiz - Həkim tövsiyəsi

    Hansı dəri növü daha həssasdır? Ləkəyə meyilli olan dərilər üçün xüsusi qorunma üsulu mövcuddurmu?
    Azadmedia.az Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-dermatoveneroloqu İlqar Ağamirovun sualara cavabını təqdim edir:


    - Hansı dəri növü daha həssasdır?

    - Açıq dərili insanlar yaz–yay fəslində daha ehtiyatlı olmalıdırlar. Ultrabənövşəyi şüalarının təsirinin sızanaq və səpkilərin daha da artmasına səbəb olduğunu nəzərə alaraq, bu simptomları meyilli olanlar da özlərini Günəşdən qorumalıdırlar.
    Adətən yağlı dərili insanlar sızanağa meyilli olurlar. Buna görə də, yağlı dəri üçün günəşdən qoruyucu kremlər sızanaqların daha da artmasına səbəb ola bilər.

    - Ləkəyə meyilli olan dərilər üçün xüsusi qorunma üsulu mövcuddurmu?

    - Bu növ dəriyə sahib olan insanlar üzlərinə daha yüksək faktorlu kremlər çəkməlidirlər. Aşağı faktorlu Günəşdən qoruyucular 2-3 saat, yüksək faktorlular 4-5 saatdan bir dəyişilməlidir. Açıq rəngli dəriyə malik olanlar daha yüksək faktorlu kremlərdən istifadə etməlidirlər.
    Hər dəri növü fərqlidir. Elə insanlar var ki, uzun müddət dəri dermatozundan əziyyət çəkir. Ona görə də, hər dəri növünə uyğun olaraq 50+, 80+ və 100 SPF kremlərindən istifadə etmək tövsiyə olunur. Bununla yanaşı, mütləq nəmləndiricilərdən istifadə edilməlidir ki, dəridə quruluq və qabıqlanma yaranmasın.
    Günəş altında olarkən, SPF kremləri çəkilməli, sonra isə nəmləndiricidən istifadə olunmalıdır. Nəzərə almaq lazımdır ki, Günəşdən qoruyan vəsaitlərin ömrü maksimum 2 saatdır. Dərinin nəmliyini, su balansını qorumaq üçün daha çox maye qəbul edilməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR