AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mədəniyyət Nazirliyində təzyiq iddiaları – yaradıcı mühitdə narazılıq artır

  • + A
  • - A
  • Bu gün, 12:26

    Mədəniyyət Nazirliyində təzyiq iddiaları – yaradıcı mühitdə narazılıq artır


    Son vaxtlar Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumlarda baş verən hadisələr yaradıcı şəxslər arasında ciddi narazılıq doğurub. İncəsənət xadimləri sosial şəbəkələrdə nazirlikdə hökm sürən qohumbazlıq, ədalətsizlik və təzyiq mühiti barədə açıq şəkildə danışmağa başlayıblar.

    Bu mövzuda paylaşım edənlərdən biri də rejissor Səidə Haqverdiyevadır. O, sosial media hesabında Mədəniyyət Nazirliyindəki haqsızlıqlardan bəhs edib və bu səbəbdən ailə həyatına da təzyiq göstərildiyini, həyat yoldaşından işinə görə boşanmağa məcbur edildiyini yazıb.

    Haqverdiyeva bildirib ki, mədəniyyət sahəsində fikir azadlığı boğulur, tənqidə dözümsüzlük və şəxsi münasibətlərə müdaxilə səviyyəsinə çatan davranışlar müşahidə olunur. Onun sözlərinə görə, “yaradıcı mühitdə ədalət prinsipləri pozulub, istedad yox, qohumluq və şəxsi maraqlar əsas meyar kimi qəbul edilir”.

    Mədəniyyət ictimaiyyətində bu paylaşım böyük rezonans doğurub. Bir çox sənət adamları Səidə Haqverdiyevanın cəsarətini dəstəkləyərək qeyd ediblər ki, mədəniyyət sahəsində uzun illər formalaşmış qohumbazlıq sistemi islahatlara mane olur.

    Belə hallar yaradıcılıq azadlığını məhdudlaşdırır, istedadlı insanların sistemdən uzaqlaşmasına səbəb olur. Onlar hesab edirlər ki, Mədəniyyət Nazirliyində təyinatlar müsabiqə yolu ilə, şəffaf və obyektiv qaydada aparılmalı, şəxsi münasibətlər yox, peşəkarlıq əsas meyar olmalıdır.

    İctimaiyyət tələb edir ki, naizrlikdə baş verən iddialar obyektiv araşdırılsın, yaradıcı insanlara qarşı təzyiqlərə son qoyulsun. Çünki mədəniyyətin inkişafı yalnız ədalətin, şəffaflığın və mənəvi dəyərlərin qorunduğu mühitdə mümkündür.
    Cənab Prezident dünən yeni təyin olunan icra başçılarını qəbul edərkən bir sıra mesajlar verdi. Görünür, Mədəniyyət Nazirliyində vəzifədə oturanların ölkə rəhbərinin çıxışını izləməyə vaxtları yoxdu. Başları nəyə qarışıb? Bunu zaman göstərəcək
    (Rejissor Səidə Haqverdiyevanın paylaşımını buradan oxuya bilərsiniz:

    https://www.facebook.com/share/p/17XsEqGJbm/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR