AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Öyrədərək öyrənirəm" layihəsi Gəncə Dövlət Milli Dram Teatrında.

  • + A
  • - A
  • Bu gün, 11:43

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Öyrədərək öyrənirəm" layihəsi Gəncə Dövlət Milli Dram Teatrında.


    Layihə çərçivəsində rejissor, aktyor, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Abdulla Elşadlı Gəncə Dövlət Milli Dram Teatrına ezam edilib. Layihənin məqsədi bölgə teatrlarını inkişaf etdirmək və onları Bakı teatrlarında gedən proseslərə yaxınlaşdırmaqdır.

    İki etapdan ibarət olan layihə bir ay davam edir (19 may - 19 iyun) və bundan öncəki teatrlarda olduğu kimi, layihənin birinci hissəsi Ustad dərsləri, ikinci etapda isə teatrın truppası ilə tamaşa qurulacaq. Ustad dərsləri Vaxtanqov məktəbinin prinsipləri və Stanislavski sisteminin əsasında keçiriləcək. Birinci etapda götürülən əsərin təklif olunmuş vəziyyəti əsasında "təxmin edilmiş vəziyyətlərdə" OBRAZLARA ETÜDLƏR" olacaq. Bir həftə davam edəcək dərslərdən sonra aktyorlar təklif edilmiş vəziyyətlərə tam hali olduqdan və onlara həvalə edilmiş obrazları müxtəlif təxmin edilmiş vəziyyətlərə salıb test etdikdən sonra, tamaşanın quruluşuna və istehsalatına başlanılacaq.
    Qurulacaq tamaşa müasir Rusiya Dramaturqu, yazıçısı V.Siqaryovun "Vurdalaklar ailəsi" əsərinin motivlərindən istifadə edərək, rejissor Abdulla Elşadlənın özünün səhnələşdirməsi və tərcüməsi olan "Zəhri-Mar" əsəridir. Tamaşa dövrümüzün ən ağır vəbası və bəlası olan, geniş yayılmış narkomaniya mövzusuna həsr edilib.
    Premyera iyun ayının 27-də olacağı nəzərdə tutulub.

    Quruluşçu rejissor və müəllif - Abdulla Elşadlı
    Rejissor - Şahmar Məmmədov
    Quruluşçu rəssam - Mirzə Mehdi Hüseynov
    Musiqi tərtibatı - Şəms Elşadlı
    Baş prodüsser - Ədalət Hacıyev (Əməkdar
    mədəniyyət işçisi)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR