XALQ ARTİSTİ SƏDAYƏ MUSTAFAYEVA -- 100

Bu gün 22 iyun 2026-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü Sədayə xanım Mustafayevanın anadan olmasının 100 illiyi münasibətilə xatirə gecəsi keçirildi.
Xatirə gecəsini Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri, Xalq artisti Hacı İsmayılov açaraq Sədayə xanım Mustafayevanın yaradıcılıq yolundan söhbət açmış və kino fəaliyyətindən ətraflı danışdı. Daha sonra Xalq artisti İlham Namiq Kamal, teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor İlham Rəhimli çıxış edərək Sədayə Mustafayeva yaradıcılığından ətraflı danışdılar.
Teatrşünas-tənqidçi Anar Ərtoğrul Bürcəliyev çıxış edərək xatirə gecəsinə toplaşan sənət dostlarına Burcəliyevlər ailəsi adindandan təşəkkürünü bildirib.




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.