Bu gün Gəncə Dövlət Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev doğum gününü qeyd edir.
Uzun illərdir Azərbaycan teatr sənətinə və teatrının inkişafına xidmət edən Ədalət Hacıyev peşəkarlığı, təşkilatçılığı və mədəniyyətə bağlılığı ilə seçilən rəhbərlərdən biridir. Harda olmasından asılı olmayaraq onun rəhbərliyi dövründə teatr yaradıcılıq ənənələrini qoruyaraq yeni layihələrə imza atıb, gənc aktyorların yetişməsinə və səhnə sənətinin inkişafına mühüm töhfələr verib.
Ədalət müəllim hər zaman kollektivinə deyir ki, teatr təkcə tamaşaların nümayiş olunduğu məkan deyil, həm də milli-mənəvi dəyərlərimizin yaşadıldığı bir sənət ocağıdır. Məhz bu sənət ocağının inkişafı naminə göstərdiyi xidmətlər Ədalət Hacıyevin mədəniyyət sahəsində qazandığı nüfuzun əsas göstəricilərindəndir.
Doğum günü münasibətilə Ədalət müəllimi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları və rəhbərlik etdiyi kollektivlə birlikdə Azərbaycan teatr sənətinə daha böyük nailiyyətlər arzulayırıq.
Doğum gününüz mübarək, Ədalət müəllim!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.