AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vasif Qurbanzadənin keçmişi yenidən gündəmdə: Dünən sərt ittihamlar, bu gün yüksək kürsü

  • + A
  • - A
  • Bu gün, 18:19

    Vasif Qurbanzadənin keçmişi yenidən gündəmdə: Dünən  sərt ittihamlar, bu gün yüksək kürsü

    Son günlər Mədəniyyət Nazirliyi ilə bağlı yayılan iddialar fonunda nazirliyin şöbə müdiri Vasif Qurbanzadənin keçmiş fəaliyyəti də yenidən müzakirə mövzusuna çevrilib.

    İctimaiyyətin diqqət çəkdiyi əsas məqamlardan biri 2018-ci ildə Vasif Qurbanzadənin evində baş vermiş oğurluq hadisəsidir. Həmin vaxt yayılan məlumatlara görə, onun evindən 36 851 ABŞ dolları, 300 avro, 620 manat və təxminən 7 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanmışdı.

    Hadisənin üstü açılmadıqdan sonra Vasif Qurbanzadə hüquq-mühafizə orqanlarının fəaliyyətini sərt tənqid edən açıq məktubla çıxış etmişdi. O, həmin yazıda Azərbaycan polisinin fəaliyyəti barədə ağır ittihamlar səsləndirmiş, Daxili İşlər Nazirliyinin ünvanına kəskin ifadələr işlətmişdi.
    Yazının linki:
    https://www.xural.org/daxili-isl%C9%99r-nazirin%C9%99-aciq-m%C9%99ktub-niy%C9%99-bu-hala-g%C9%99ldi-az%C9%99rbaycan-polisi/?fbclid=IwdGRjcATRpahjbGNrBNGllGV4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkDDM1MDY4NTUzMTcyOAABHoe94g0lWPD1KHdzwX4_-XHE3F3laxVCxSRaBeUjmx0V7TAfej0PlSqlayHi_aem_PgwXkp7Fi1VEN3BMm8Xpfw
    Sonradan həmin yazının internet resurslarının əksəriyyətindən silindiyi, yalnız bəzi saytlarda qaldığı bildirilir.

    Hazırda Vasif Qurbanzadə Mədəniyyət Nazirliyində daha yüksək vəzifədədir.
    Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə bu vəzifəyə 2025-ci ilin iyul ayında mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə təyin edilib. O, bu posta qədər nazirliyin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.

    Nazirlikdə şöbə müdiri postuna təyin edilən Vasif Qurbanzadənin nazir Adil Kərimlinin sağ əli olduğu bildirilir. Hətta bu barədə yazan saytları susdurmaq üçün nazirin göstərişi ilə onlarla yüksək məbləğdə əməkdaşlıq müqavilələri bağlandığı bildirilir.
    Mövzu ilə bağlı qarşı tərəfin mövqeyi təqdim olunduğu təqdirdə material yenilənə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR