AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Mirzəyevin vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir

  • + A
  • - A
  • Bu gün, 15:54

    İlham Mirzəyevin vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir

    Teleaparıcı İlham Mirzəyevin müalicə aldığı xəstəxanadan onun səhhəti ilə bağlı açıqlama verilib.

    Mərkəzi Klinikadan verilən məlumata əsasən, İ.Mirzəyev sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində xəstəxanaya qəbul olunub.

    Xəstəyə angioplastika icra edilib və stent implantasiya olunub.

    Hazırda teleaparıcının vəziyyəti ağır-stabil olaraq dəyərləndirilir. Onun kardioreanimasiya şöbəsində kompleks müalicəsi davam etdirilir.

    İlham Mirzəyev daha əvvəl sosial şəbəkə hesabında səhhətinin pisləşdiyini bildirərək izləyicilərindən onun üçün dua etmələrini xahiş etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR