Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.
Azərbaycan Respublikasının İqtisadiyyat və Mədəniyyət nazirlikləri və Bakı Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.