AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

81 yaşlı məşhur aktrisanın səhhəti ilə bağlı kədərli xəbər

  • + A
  • - A
  • Bu gün, 11:26

    81 yaşlı məşhur aktrisanın səhhəti ilə bağlı kədərli xəbər

    “Aşk-ı Memnu” serialında “Arsen xanım” rolu ilə tanınan Gülsen Tuncerin ağır xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

    Məlumat “Film-San” Fondunun sosial media hesabında paylaşdığı açıqlamada yer alıb. Fond 81 yaşlı aktrisaya şəfa diləyərək onun hazırda amansız xəstəliklə mübarizə apardığını qeyd edib.

    1945-ci ildə doğulan Gülsen Tuncer aktyorluq fəaliyyəti ilə yanaşı, bəstəkarlıq və müəllimlik də edib. O, “Soğuktu ve Yağmur Çiseliyordu” və “Bir Tren Yolculuğu” filmlərindəki rollarına görə “Ən yaxşı köməkçi qadın aktrisa” mükafatına layiq görülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR