AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

1000 illik Bayeux xalçası tarixində ilk dəfə İngiltərədə nümayiş olunur

  • + A
  • - A
  • Bu gün, 11:52

    1000 illik Bayeux xalçası tarixində ilk dəfə İngiltərədə nümayiş olunur

    Təxminən min il əvvəl hazırlanmış Bayeux xalçası tarixində ilk dəfə İngiltərədə sərgilənir.

    70 metr uzunluğunda olan nadir orta əsr tikmə əsəri Böyük Britaniya və Fransa arasında əldə olunan razılaşma çərçivəsində Britaniya Muzeyinə müvəqqəti olaraq təqdim edilib. Eksponat 2027-ci ilin iyulunadək muzeydə ziyarətçilər üçün açıq olacaq.

    Sərginin ziyarətçiləri arasında Kral III Çarlz və Kraliça Kamilla, Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Brijit Makron da olub.

    Bayeux xalçası 1066-cı ildə Normandiya hersoqu Vilhelmin başçılığı ilə İngiltərənin fəthinə dair hadisələri təsvir edən mühüm tarixi mənbələrdən biridir. Əsərdə döyüş səhnələri, qalalar və gəmilərlə yanaşı, XI əsr insanlarının geyimləri, istifadə etdiyi əşyalar, qida və mebel nümunələri də əks olunub.

    Xalçanın Normand sifarişi ilə Kenterberidə hazırlanmış əlyazmalar əsasında ingilis toxucuları tərəfindən toxunduğu ehtimal edilir. Bu baxımdan əsər həm tarixi, həm də bədii əhəmiyyət daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR