AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həmidə Ömərova: “Öz fikrimi deyə bilmədim, buna imkan verilmədi”

  • + A
  • - A
  • Bu gün, 11:31

    Həmidə Ömərova: “Öz fikrimi deyə bilmədim, buna imkan verilmədi”

    Xalq artisti Həmidə Ömərova Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən sədr seçkisinin gedişindən narazılığını ifadə edib.

    Həmidə Ömərova “APA TV”yə açıqlamasında seçki prosesi zamanı ona və onun adından çıxış etmək istəyən şəxslərə söz verilmədiyini bildirib.

    Sənətçinin sözlərinə görə, müstəqil platformanın seçilən nümayəndəsi kimi çıxış edəcəyini gözləsə də, bu, mümkün olmayıb.

    “Əgər kinematoqrafçıların bir qismi kiminsə namizədliyini irəli sürürlərsə, onu da dinləmək lazım idi. Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi”, – deyə o vurğulayıb.

    Həmidə Ömərova bildirib ki, seçki prosesində yaranan vəziyyətə baxmayaraq, Azərbaycan Kinematoqrafçılar İttifaqının inkişafına xidmət etməkdə davam edəcək.

    Xatırladaq ki, keçirilən konfransda Şəfiqə Məmmədova AKİ-nin yeni sədri seçilib. Həmidə Ömərova isə sədrliyə namizədliyini irəli sürən şəxslərdən biri olub.

    [video=]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR