Elşad Xose səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Tanınmış reper Elşad Xose bir neçə ay əvvəl səhhətinin ağırlaşması ilə bağlı yayılan iddialardan sonra ilk dəfə görüntülənib.
Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında onun Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi barədə məlumatlar yayılmışdı. Xəstəxana bu iddiaları təkzib edib.
Səhiyyə Nazirliyi isə qanunvericiliyin tələblərini əsas gətirərək Elşad Xose ilə bağlı məlumatı təsdiqləməyib və ya təkzib etməyib.
Reper Bakıda şadlıq saraylarından birində keçirilən toy mərasimində çıxış edəcəyini bildirib. O, səhhətinin normal olduğunu qeyd edərək “Hər şey qaydasındadır” deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.