AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Navai”nin Rusiyada kommunal borcu məhkəmə müstəvisinə çıxıb

  • + A
  • - A
  • Bu gün, 14:53

    “Navai”nin Rusiyada kommunal borcu məhkəmə müstəvisinə çıxıb

    Rusiya məhkəməsi Azərbaycan əsilli reper Nəvai Bəkirovun kommunal xidmətlər üzrə borcunun məcburi qaydada tutulmasına qərar verib.

    TASS məhkəmə materiallarına istinadən bildirir ki, söhbət qaz, istilik və elektrik enerjisi üzrə 72 min rubldan (təxminən 1 450 manat) çox borcdan gedir.

    Məhkəmə icraatı sentyabrın 1-də başlanıb. “Odintsovo istilik şəbəkəsi”nin iddiası təmin edilib.

    N.Bəkirov “HammAli & Navai” duetinin üzvü kimi tanınır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR