Türkiyədə yaşayan aktyor beynəlxalq axtarışa verilib

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Azərbaycanın konstitusiya quruluşunu zorla dəyişdirməyə və dini radikalizm zəminində zorakılığa çağırışlar etməyə görə Türkiyədə yaşayan 7 nəfəri beynəlxalq axtarışa verib.
Məlumata görə, axtarışa verilən şəxslərdən biri aktyor Abdurrahman Tumerdir.
Azərbaycan əleyhinə çağırışları ilə gündəmə gələn Tumer həm də şair, yazıçı, ssenarist və televiziya şərhçisidir. O, daha çox “Diriliş Ərtoğrul” tarixi serialında canlandırdığı Bey obrazı ilə tanınır.
Qeyd edək ki, Baş Prokurorluq Türkiyədə fəaliyyət göstərən bir sıra şəxslər barəsində sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycana qarşı dini nifrət və düşmənçiliyi qızışdırmağa yönəlmiş materiallar yaydıqlarına görə beynəlxalq axtarış elan edib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun prosessual tədbirlərin görülməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.