AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə-Azərbaycan Dostluq Konserti keçirilib

  • + A
  • - A
  • Bu gün, 11:50

    Türkiyə-Azərbaycan Dostluq Konserti keçirilib

    Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi və Beynəlxalq Muğam Mərkəzinin əməkdaşlığı ilə “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçirilib.

    Beynəlxalq Muğam Mərkəzində təşkil olunan konsertdə türkiyəli fleyta ifaçısı Lelya Bayramoğulları və azərbaycanlı pianoçu Nərmin İsgəndərova çıxış ediblər.

    Sənətçilərin birgə ifası iki ölkə arasında dərin tarixi köklərə malik dostluq və qardaşlıq münasibətlərini musiqi vasitəsilə nümayiş etdirib.

    Konsertlə bağlı fikirlərini bölüşən Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin koordinatoru Gökhan Seyhan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin ortaq tarixə və mədəni dəyərlərə əsaslandığını bildirib. O, bu əlaqələrin möhkəmləndirilməsində incəsənətin mühüm rol oynadığını vurğulayıb.

    Yunus Əmrə İnstitutunun mədəni diplomatiya fəaliyyətləri çərçivəsində təşkil olunan konsert iki qardaş ölkə arasında mədəni əməkdaşlığın inkişafına və dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə töhfə verib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR