AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Navai” azadlığa buraxıldı

  • + A
  • - A
  • Bu gün, 14:30

    “Navai” azadlığa buraxıldı

    Qazaxıstanda Azərbaycan əsilli reper Nəvai Bəkirovun (“Navai”) barəsində açılmış cinayət işinə xitam verilib və o, azadlığa buraxılıb.

    “Mash” “Telegram” kanalının Qazaxıstanın Jambıl Vilayət Məhkəməsinə istinadən yaydığı məlumata görə, reper təqsirini etiraf edib. Onun əməlindən peşman olması və qanun pozuntusunu ilk dəfə törətməsi nəzərə alınaraq cinayət işinə xitam verilib.

    Məlumata əsasən, “Navai” artıq Qazaxıstanı tərk edib. Ona beş il müddətinə ölkəyə giriş qadağası qoyulub. Reperin bu gün səhər Moskvaya çatdığı bildirilir.

    Qeyd edək ki, oktyabrın 14-də Qazaxıstanın “Korday” sərhəd-keçid məntəqəsində aparılan yoxlama zamanı reperin avtomobilində narkotik maddə aşkarlanıb. Bununla əlaqədar qadağan olunmuş maddələrin qaçaqmalçılığına cəhd ittihamı ilə cinayət işi başlanıb. Onunla birlikdə avtomobildə olan daha iki nəfər də saxlanılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR