AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranlı aktrisa Mahlağa Caberi dar ağacı dekolteli libasda

  • + A
  • - A
  • 29-05-2023, 18:59

    İranlı aktrisa Mahlağa Caberi dar ağacı dekolteli libasda

    İranlı aktrisa Mahlaga Caberi Kann kinofestivalının qırmızı xalçasına boyun nahiyəsində kəndir düyünü olan qara libasda çıxıb. Azadmedia.az xəbər verir ki, bu barədə Wion məlumat yayıb.
    Aktrisa qırmızı xalçada lentə alınan videosunu sosial şəbəkədə yerləşdirərək “Edamları dayandırın” imzasını atıb. Geyimi modelyer Gila Saber hazırlayıb.
    "İran xalqına həsr olunur", - deyən model videonun başlığında köməyə görə modelyerin özünə, videonun müəllifinə və menecerə təşəkkür edib.

    Şərhlərdə aktrisaya cəsarətinə və ölkəsinə qarşı vətənpərvərlik göstərdiyinə görə təşəkkür edilib.
    Bundan əvvəl BMT-nin İnsan Haqları İdarəsi məlumat vermişdi ki, İranda 2023-cü ildə hakimiyyət orqanları 209 nəfəri edam edib. Onun sözçüsü Ravina Şamdasani İranda hər həftə orta hesabla 10-dan çox adamın edam edildiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR