Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb.
Məktubda Azərbaycanın BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etməsinin ildönümü münasibətilə xoş sözlər ifadə olunur. Bildirilir ki, biz qardaş xalqımızın nailiyyətlərini həmişə sevinclə izləyir və ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da gücləndirilməsinə böyük əhəmiyyət veririk.
Məktubda Qazaxıstan və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatlarda parlamentlərarası əməkdaşlığın dostluq və etimad ənənələrinə əsaslanan güclü dövlətlərarası münasibətlərin inkişafına töhfə verməyə davam edəcəyinə əminlik bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.