AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tovuzda Zəfər Günü münasibətilə möhtəşəm konsert proqramı keçirildi

  • + A
  • - A
  • Dünən, 19:09

    Tovuzda Zəfər Günü münasibətilə möhtəşəm konsert proqramı keçirildi

    Bu gün, 8 Noyabr – Zəfər Günü münasibətilə Tovuz şəhərində möhtəşəm konsert proqramı təşkil olundu. Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbir rəsmən açıq elan edildi.

    Konsert proqramında Tovuz rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, gənclər və ziyalılar iştirak etdilər. Tədbirdə çıxış edərək xalqımızın 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlardan, ordumuzun rəşadətindən və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi sayəsində əldə edilən tarixi Qələbədən bəhs etdim.

    Qeyd etdim ki, 8 Noyabr Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Bu Qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də xalqımızın milli birliyinin, dövlət-xalq həmrəyliyinin təntənəsidir. Məhz bu birlik, bu inam və cənab Prezidentin dəmir iradəsi sayəsində Azərbaycan Ordusu düşmən üzərində möhtəşəm qələbə qazandı.

    Ordumuzun qəhrəman oğulları canları və qanları bahasına bu torpaqları azad etdilər. Onların igidliyi, şəhidlərimizin ruhu qarşısında hər birimiz baş əyirik. Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir.

    Sonda qeyd etdim ki, Zəfər Günü – hər bir azərbaycanlının qəlbində milli iftixar, dövlətə sədaqət və gələcəyə inam hisslərini bir daha gücləndirən bir gündür. Biz bu zəfəri daim qoruyacaq, Vətənimizin inkişafı və möhkəmlənməsi naminə fədakarlıqla çalışacağıq.

    Tədbir tanınmış sənətçilərin çıxışları ilə davam etdi.

    Qarabağ Azərbaycandır!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR