“Azərbaycan bu gün təkcə BMT Təhlükəsizlik Şurasının 27 il bundan öncə təcavüzkar Ermənistanın qeyd-şərtsiz işğal etdiyi torpaqlardan çıxması barədə qəbul etdiyi qərarların icrasını reallaşdırıb, ərazi bütövlüyünü, suveren hüquqlarını təmin etmir, eyni zamanda dünyanın təhlükəsizliyinə ciddi təhdid olan erməni qəsbkarlığının, faşizminin, terrorunun qarşısı alınması istiqamətində ciddi addımlar atır. Hansı ki, bu işlər BMT-nin və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində vasitəçilik missiyasını həyata keçirən BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ATƏT-in Minsk qrupu həmsədrlərinin birbaşa vəzifələridir. BMT TŞ-nin daimi üzvlərinin əsas vəzifəsi dünyadakı separatizm, işğalçılıq, terror, faşizm siyasətini yürüdən dövlətlərə qarşı ciddi tədbir görmək, lazım gəldikdə isə onlara qarşı sanksiyalar tətbiq etməkdir. Ancaq təəssüflər olsun ki, biz nə BMT TŞ-nin daimi üzvlərinin, nə də ki, ATƏT MQ həmsədlərinin 27 ildə qəsbkar Ermənistan yürütdüyü təcavüzkarlıq, terror, faşizm siyasətinə son verməsi üçün hansısa addım atmayıb. Əksinə təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə dəstək veriblər”.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan bu gün regional və dünyada sülhə, sabitliyə təhdid yaradan erməni terror dövlətinə qarşı sülhə məcburetmə və xilaskarlıq əməliyyatını həyata keçirməklə əslində fəaliyyəti iflic vəziyyətinə düşən həmin beynəlxalq təşkilatların nüfuzunu bərpa etməklə məşğuldur. “Bu gün Azərbaycan dünyanın üzləşdiyi insanlığa qarşı qeyri-insanı hərbi cinayətlər, vandalizm, qanlı terror aktı törədən bir dövlətin bəlasından xilas etməyə çalışır. Çox təəssüf ki, dünyanın bəzi gücləri və aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları də bu ölkəyə iqtisadi, maliyyə, hərbi dəstək verirlər. Əgər belə olmasaydı iqtisadiyyatı acınacaqlı vəziyyətdə olan, illik büdcəsi 2 milyard dollardan artıq olmayan təcavüzkar Ermənistan başqa bir ölkəyə qarşı işğalçılıq siyasətini həyata keçirib, bunu uzun müddət davam etdirə bilməzdi. Təcavüzkar Ermənistan Azərbaycana qarşı işğalçılıq, terror və faşizm siyasətini ancaq və ancaq havadarlarının birbaşa dəstəyi ilə edir. Biz bu gün erməni terror dövləti tərəfindən dinc insanlara qarşı qeyri-insani vandalizm, qanlı terror aktları, qətliam, hərbi cinayətlər, ekoloji terror törədilsə də, yenə də susurlar və onların hərəkətlərinə hansısa yolla haqq qazandırmağa çalışırlar. Bu cür təkzibolunmaz dəhşətli qeyri-insani cinayətlərdən sonra həmin ölkələrin təcavüzkarı, terrorçunu müdafiə etməsi sadəcə insanda acı ikrah, qəzəb və nifrət hissi oyadır”- millət vəkili qeyd edib.
Millət vəkili əlavə edib ki, biz bunun Qərb ölkələrinin media qurumlarının Azərbaycan Prezidenti ilə müsahibələri zamanı şahidi olmuşuq: “Bəzən avropalı jurnalistlərin öz vəzifə borcunu yerinə yetirmək yox, prokuror kimi apardıqlarının və təcavüzkar Ermənistanın həyata keçirdiyi işğalçılıq, terror, faşizm siyasətinə haqq qazandırmağa çalışırlar. Biz bunun Almaniyanın ARD telekanalının, ABŞ-ın “Fox news” telekanalına müsahibəsi zamanı şahidi olduq. Ancaq nədənsə nə Qərb mediasının, nə beynəlxalq təşkilatların, beynəlxalq səviyyəli insan hüquq təşkilatları, qeyri-hökumət təşkilatlarının ermənilərin Gəncədə, Bərdədə, Tərtərdə, Ağdamda dinc insanlara qarşı törətdiyi qeyri-insanı hərbi cinayətləri, vandalizm əməlləri ilə bağlı hər hansı reaksiyasına şahid olmadıq. Təsəvvür edin İkinci Dünya Müharibəsindən sonra ən çox bomba atılan yer Tərtər olub. Amma kimsə səsini çıxarmadı. Beynəlxalq aləmin onlara reaksiya verməməsindən həvəslənən iticaçı düşmən daha da azğınlaşaraq son günlərdə dünyada qadağan olunmuş fosfor mərmilərindən istifadə etməyə başlıyıb. Erməni terror dövləti bunu özləri məqsədyönlü edərək işğal altında olan torpaqlarda xilaskarlıq əməliyyatı həyata keçirilən ərazilərdə meşələri yandırırlar. Bununla da azğınlaşan düşmən növbəti bəşəri cinayətə əl ataraq ekoloji terrorla məşğuldur. Bu vandalizm əməlləri ilə kifayətlənməyən azğın düşmən oktyabr ayının əvvəlində fosfor mərmisini Fizulidə dinc insanlara qarşı istifadə edib. Bunlar faktdır və rəsmiləşdirilib. Azğın təcavüzkar Ermənistanın siyasi-hərbi rəhbərliyinin məqsədyönlü son bir ayada dinc insanlara qarşı vandalizm, qanlı terror aktları, qətliamı, hərbi cinayəti nəticəsində 100-dək mülki insan, 400-dən artıq insan yaralanıb”.
Millət vəkili əlavə edib ki, döyüş meydanında ağır məğlubiyyətə düçar olan azğın düşmən insanlığa sığmayan hərbi cinayətlərə törətməkdə məqsədi həm də Azərbaycanı təxribata təhrik edib, münaqişəni regional münaqişəyə çevirmək olub: “Azğın düşmən bununla kifayətlənməyib haqqımızda dezinformasiya yaymaqla Azərbaycanın haqlı mübarizəsinə və beynəlxalq imicinə kölgə salmağa cəhd edib. Ancaq azğın, hiyləgər, fitnəkar düşmənin bu cür qeyri-insanı hərəkətləri Azərbaycanı tutduğu yoldan döndərə bilməz. Bu gün cənab Prezident bir mahir siyasətçi, diplomat, sərkərdə və xalqının xilaskarı kimi özünün liderlik xarakterlərini dünyaya nümayiş etdirdi. Ali Baş Komanda təkcə döyüş meydanında deyil, diplomatiya və informasiya müharibəsində döyüşün önündə oldu. Məhz mahir siaysətçi və diplomatik biliyi, bacarığı nəticəsində dünyanın ən aparıcı mediasının nümayəndələrini necə “tərksilah” etməyi bacardı. Səsləndirdikləri əsassıq, heç bir arqumentə söykənməyən suallarına cavabı nəticəsində cənab Prezidentin qarşısında çox aciz və cılız duruma düşmüş oldular. Cənab Prezidentin mahir, müdrik, cəsarətli, qətiyyətli siyasəti nəticəsində beynəlxalq siyasi müstəvidəki balansı Azərbaycanın xeyrinə dəyişə bildi. Ciddi təzyiqlərin olmasına baxmayaraq belə, hətta təcavüzkar Ermənistanın havardarları belə məcburiyyət qarşısında qalaraq Azərbaycanın mövqeyini dəstəkləmək zorunda qaldılar. Bu ancaq və ancaq xilaskar lider İlham Əliyevin məharətli, uzaqgörən, qətiyyətli siyasi iradəsi nəticəsində mümkün oldu. Çünki Azərbaycanın mübarizəsi haqq mübarizəsidir və kimsə bizi bu yoldan çəkindirə bilməz. Rəşadətli Azərbaycan ordusu, xilaskar Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında qarşıya qoyulan məqsədləri yerinə yetirməklə məşğuldur. Ali Baş Komandanın bəyan etdiyi kimi Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edir və onun təməl prinsiplərinin böyük hissəsini icra edərək nəinki öz torpaqlarımızı düşməndən azad edirik, həm də region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq. Beynəlxalq hüququn təməl prinsiplərinin qalan hissəsi də icra ediləcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır. Odur ki, heç kim bizim qabağımızda dura bilməz, heç kim bizi bu yoldan çəkindirə bilməz. Tezliklə Azərbaycan ordusu ərazi bütövlüyünü təmin edib, öz ərazisində suveren hüquqlarını bərpa edəcək. Qısa zamanda ölkəmizin bütün ərazilərində Azərbaycan bayrağı dalğalanacaq!”