İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında vəziyyətin nizamlanması üçün danışıqların yeni raundu üçün ölkəsindən nümayəndə heyətinin göndərilməsini təsdiqləyib. Bu barədə Ynet portalı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, baş nazir buna “ilkin müzakirələrdən sonra” icazə verib.
İyulun 3-ü axşam saatlarında Netanyahunun ofisi bəyan edib ki, İsrail tərəfi vasitəçilər vasitəsilə Fələstinin radikal HƏMAS hərəkatından cavab alıb, bu mesajı öyrənir və cavab hazırlayır.
Mayın 31-də ABŞ prezidenti Co Bayden Qəzzada üç mərhələdən ibarət olan sülh nizamlanmasına dair yeni saziş layihəsinin şərtlərini açıqlayıb. İsrail hakimiyyəti əvvəllər dəfələrlə Baydenin təklifini dəstəklədiklərini və razılaşmanın qarşısındakı bütün maneələrin yalnız Həmas nümayəndələri tərəfindən yaradıldığını bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.