AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanın yeni Əsas Qanuna ehtiyacı var - Paşinyan Konstitusiya Günü münasibətilə təbrikində

  • + A
  • - A
  • 5-07-2024, 23:50

    Ermənistanın yeni Əsas Qanuna ehtiyacı var - Paşinyan Konstitusiya Günü münasibətilə təbrikində


    Ermənistanın yeni Əsas Qanuna ehtiyacı var. Ermənistanın baş naziri Nikol Paşinyan vətəndaşları Konstitusiya Günü münasibətilə təbrik edərkən deyib.

    “Xalq yeni Konstitusiyanı özünün yaratdığı və qəbul etdiyi, orada yazılanları hesab edəcək. İndi vətəndaş hesab edir ki, bu mətn hakim elita tərəfindən yaradılıb”, - baş nazir bildirib.

    Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan prezidenti İlham Əliyev bəyan etmişdi ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasını dəyişdiyi halda imzalana bilər.  

    Ermənistan Konstitusiyası 1995-ci il iyulun 5-də referendumla qəbul edilib və üç dəfə əlavə və dəyişikliklər edilib.

     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR