Ukraynanın Şimali Atlantika Alyansına (NATO) daxil olması üçün onun üzvlərindən hazırda çatışmayan siyasi iradə lazımdır. RİA "Novosti" xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter deyib.
Bundan əvvəl “The Washington Post” yazıb ki, Ukraynanın gələcəyi Şimali Atlantika Alyansının üzvləri, o cümlədən ABŞ, Fransa və Almaniya arasında ixtilaf səbəbindən təhlükə altındadır.
Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor qeyd edib ki, NATO-nun Ukrayna siyasətinin uğursuzluğu göz qabağındadır, lakin Kiyev və Qərb ölkələri bunu gizlədə bilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.