AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dağıstanda niqab qadağası ilə bağlı fətva qəbul edən fətva idarəsi ləğv edilib

  • + A
  • - A
  • 8-07-2024, 23:57

     

    Dağıstanda niqab qadağası ilə bağlı fətva qəbul edən fətva idarəsi ləğv edilib

    Dağıstanın müftisi Əhməd Abdullayev əvvəllər niqab taxmağın müvəqqəti qadağan edilməsi ilə bağlı fətva qəbul etmiş fətvalar şöbəsinin ləğv edildiyini açıqlayıb. Bu barədə müftilik öz Telegram kanalında məlumat verib.

    Bildirilir ki, bu qərar idarənin “zamanın çağırışlarına cavab verməyi dayandırması” səbəbindən verilib. Eyni zamanda müfti əlavə edib ki, yaxın vaxtlarda Müftiliyin strukturunda digər dəyişikliklər də qəbul olunacaq.

    “Bu gün Dağıstan Respublikasının müftisi Şeyx Əhməd Əfəndi Abdullayev fətva və barışıq şöbəsinin əməkdaşları ilə görüş keçirib. İdarənin zamanın çağırışlarına vaxtında reaksiya vermədiyi üçün fətva şöbəsinin ləğvinə qərar verilib”, - deyə müftinin açıqlamasında bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR