AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Modinin Rusiya Federasiyasına səfəri zamanı 15 sənəd imzalanıb

  • + A
  • - A
  • 9-07-2024, 21:31

    Modinin Rusiya Federasiyasına səfəri zamanı 15 sənəd imzalanıb

    Hindistanın baş naziri Narendra Modinin Moskvaya rəsmi səfəri zamanı Rusiya və Hindistan arasında 15 sənəd imzalanıb. Bu barədə Kremlin saytında məlumat verilib.
    İmzalanan sənədlər arasında XXII Rusiya-Hindistan sammitinin yekunu üzrə Rusiya prezidenti Vladimir Putin və Modinin birgə bəyanatı, habelə 2030-cu ilə qədər ölkələr arasında strateji əməkdaşlıq sahələrinin inkişafı ilə bağlı liderlərin birgə bəyanatı var.
    Bir sıra memorandumlar da imzalanıb: Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi ilə Hindistanın Ətraf Mühit, Meşə Təsərrüfatı və İqlim Nazirliyi arasında qarşılıqlı anlaşma haqqında, Rosreestr ilə Hindistanın Geodeziya Xidməti arasında qarşılıqlı anlaşma haqqında və s.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR