Ukrayna prezidenti Vladimir Zelenski medianın Vaşinqtonda keçirilən NATO sammitindən daha çox ABŞ-da keçiriləcək prezident seçkilərinə diqqət ayırmasından şikayətlənib. Bu barədə o, X sosial şəbəkəsində yazıb.
Dövlət başçısı yazıb ki, “NATO-nun yubiley sammiti ən yüksək tədbir olmalıdır, noyabrda gözlənilənlərlə müqayisədə mediada güclü görünmür”.
O, NATO-nun “iki yeni ölkə ilə tarixi genişlənməsinin” demək olar ki, diqqətdən kənarda qalmasından şikayətləndi, çünki hamı seçkilərlə daha çox maraqlanır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.