Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb. Bu barədə o, Telegram kanalında məlumat verib.
“Prezident Ərdoğan Ukraynanın xalqımızı vətənə qaytarmaq üçün göstərdiyi səyləri qeyd edib. O, Krım tatarlarının geri qayıtmasını xüsusilə yüksək qiymətləndirib və onlara bu səylərə görə təşəkkür edib”, - Zelenski yazıb.
O, həmçinin bildirib ki, Kiyev “sülh sammiti”nin qərarlarının icrası çərçivəsində Türkiyədə ərzaq təhlükəsizliyi və gəmiçilik azadlığı mövzusunda konfrans keçirməyə hazırlaşır.
Bundan əvvəl Ərdoğan Zelenskiyə taxıl müqaviləsinin bərpası üzrə işlərin başlanması barədə məlumat verib. O, Ankaranın münaqişənin həllində vasitəçilik etməyə hazır olduğunu da vurğulayıb
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.