Türkiyə ümid edir ki, İrəvanla Bakı arasında sülh müqaviləsi tezliklə imzalanacaq və Cənubi Qafqazda sülh hökm sürəcək. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda NATO sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
“Biz bu barışığı ən qısa zamanda görmək istəyirik”, - deyə Ərdoğan bu ilin sonuna qədər sülh sazişinin imzalana biləcəyi sualına cavab verib.
Türkiyə prezidenti onu da əlavə edib ki, həm Ermənistan, həm də Azərbaycan hakimiyyəti bu istiqamətdə çox müsbət addımlar atır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.