Amerikalı milyarder Devid Saks ölkəsinin prezidenti Co Baydeni Rusiyanı Ukraynada silahlı münaqişəyə təhrik etməkdə ittiham edib. Bu barədə RİA Novosti məlumat yayıb.
O, bu barədə Respublikaçıların Miluokidə keçirilən qurultayında bildirib. Onun sözlərinə görə, Bayden Ukraynada sülhün əldə edilməsi üçün bütün imkanları da rədd edib və amerikalı vergi ödəyicilərindən yüz milyardlarla dollar Kiyevi dəstəkləməyə yönəldilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.