Fransa paytaxtının meri Ann İdalqo çaydakı suyun Yay Olimpiya Oyunları çərçivəsində yarışlar üçün yararlı olduğunu şəxsi nümunəsi ilə nümayiş etdirmək üçün Sena çayında üzüb. Bu barədə “İzvestiya” qəzeti yazır.
Jurnalistlərin məlumatına görə, iyulun 17-də Paris rəhbəri Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri Toni Estanq ilə birlikdə xüsusi pontondan Sena çayına enib. Bundan bir qədər əvvəl məmurların üzdüyü yer mütəxəssislər tərəfindən yoxlanılıb. Onlar çayın dibindən iki velosiped və bir skuter çıxarıblar.
Materialda qeyd olunur ki, merin Sena çayında çimməsi hələ iyun ayında baş verməli idi. Lakin sonra suda çoxlu sayda bakteriya qeydə alınıb, bəzi ərazilərdə müvafiq göstəricilər normadan artıq olub. Səbəb Parisdə güclü yağışlar və çaya axıdılan tullantı sularının həcminin artması olub, nəşr yazır.
Bütün bunların fonunda Sena çayını zibildən təmizləmək yerli hakimiyyət orqanları üçün böyük problemə çevrilib. Üzgüçülükdən sonra Hidalqo bildirib ki, əgər Olimpiya Oyunları olmasaydı, bu, ümumiyyətlə, baş verməzdi.
“Sea çayının sularının təmizlənməsi təkcə Oyunlarda yarışlar keçirməyə deyil, həm də Oyunlardan sonra çayda üzməyə imkan verəcək. Çayın təmizlənməsi ilə biz həm də Okeanın qorunub saxlanmasına öz töhfəmizi vermiş oluruq”, - deyə Fransa paytaxtının rəhbəri əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.