Slovakiyanın Avropa İttifaqındakı nümayəndələri baş nazir Viktor Orbanın Moskva və Pekinə səfərinə görə Macarıstanın cəzalandırılması ideyası ilə razılaşmayacaqlar. Bu barədə baş nazir Robert Fiko sosial şəbəkələrdə videomüraciətində bildirib.
O, Macarıstanın cəzalandırılması ideyası ilə bağlı Xarici İşlər Nazirliyinə göstəriş verdiyini bildirib.
“Dünən mən Xarici İşlər Nazirliyinə göstəriş verdim ki, Avropa İttifaqı orqanlarındakı nümayəndələrimiz heç bir halda Macarıstanı cəzalandırmaq üçün sözün əsl mənasında sərsəm fikirlərlə razılaşmasınlar...”, - Fiko deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.