ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü Adam Şiff Amerika prezidenti Co Baydeni prezidentlik yarışından geri çəkilməyə çağırıb. Bu barədə CNBC siyasətçinin bəyanatına istinadən məlumat yayıb.
Şiff qeyd edib ki, yarışda yekun qərar prezidentə məxsusdur, lakin o, "məşəli keçməyin vaxtıdır" deyə inanır. Onun sözlərinə görə, bu yolla Bayden “liderlik irsini qoruya və Demokratlara qarşıdan gələn seçkilərdə keçmiş lider Donald Trampı məğlub etməyə imkan verəcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.