ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq üçün kifayət qədər “gücü və cəsarəti” var. Daily Mail xəbər verir ki, bu fikri Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.
O qeyd edib ki, bu yaxınlarda Trampla danışıb.
Eyni zamanda, o, eks-prezidentin Ukraynanın məğlubiyyətinin ABŞ-ın məğlubiyyəti ilə nəticələnəcəyini anladığını və buna görə də münaqişəyə “düzgün şərtlərlə” son qoyacağını qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.