Fransa prezidenti Emmanuel Makron bildirib ki, ən azı avqustun ortalarına qədər yeni baş nazir təyin etməyəcək və hökuməti dəyişməyəcək. Onun sözlərini RİA Novosti sitat gətirir.
Makron qeyd edib ki, hazırda diqqətini Yay Olimpiya Oyunlarının keçirilməsinə yönəltmək niyyətindədir, çünki “onları hazırlayan Paris olub və onların yaxşı keçməsinə cavabdehdir”.
“Mən sabitliyi seçirəm, bu hökumət cari məsələlərlə məşğul olmağa davam edəcək. Avqustun ortalarına kimi bütün diqqətimizi oyunlara yönəldəcəyik”.
Makronun sözlərinə görə, baş nazirin dəyişdirilməsi və yeni hökumətin təyin edilməsi indi Fransada “xaos” yaradar. O, həmçinin ikinci mandatı başa çatana qədər ölkə prezidenti kimi qalacağını bir daha təsdiqləyib.
Xatırladaq ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.