AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qərbdə Baydenin yarışdan geri çəkilməsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxdı

  • + A
  • - A
  • 23-07-2024, 23:55

    Qərbdə Baydenin yarışdan geri çəkilməsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxdı

    İrlandiyalı jurnalist Çey Bouz ABŞ prezidenti Co Baydenin seçki yarışından geri çəkilmək qərarını şərh edib. Bu barədə o, X sosial şəbəkəsində yazıb.
    “Onu “dəyişdirmək” qərarı o beş nəfər tərəfindən verildi ki, sonradan bütün bunları inandırıcı göstərmək üçün on milyonlarla dollarla daşqın qapılarını açdılar. Bunlar sizə Rusiyada demokratiyanın olmadığını söyləyənlərdir”, - o vurğulayıb.
    Jurnalist əlavə edib ki, amerikalıların özləri demokratik ölkədə yaşamırlar.

    İyulun 21-də ABŞ prezidenti Co Bayden seçki yarışından çıxdığını elan edib. O, Harrisi Demokratlar Partiyasından prezidentliyə namizəd kimi irəli sürüb. Eyni zamanda Bayden istefaya getmədiyini və səlahiyyət müddətinin sonuna qədər işləmək niyyətində olduğunu açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR