AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Departamenti Kulebanın Çinə səfərini şərh edib

  • + A
  • - A
  • 23-07-2024, 23:59

    Dövlət Departamenti Kulebanın Çinə səfərini şərh edib

    Birləşmiş Ştatlar Çinin Kiyevə Rusiya ilə münaqişədə qurban kimi baxmasını və döyüşlər nəticəsində dəyən zərər barədə Ukrayna tərəfindən eşitməsini istəyir. Bu sözləri Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Pekinə səfərini şərh edərkən deyib.
    “Mən nələrin baş verə biləcəyi ilə bağlı heç bir qiymətləndirmə aparmayacağam və ya bununla bağlı hər hansı bir gözlənti yaratmağa hazırlaşmıram, amma hesab edirəm ki, Çinin Ukraynadan hansı itkilərə məruz qaldığını birbaşa eşitməsi vacibdir”, o, müntəzəm brifinqdə deyib. Eyni zamanda o, ÇXR-i Rusiya hərbi-sənaye kompleksinə dəstək verməkdə ittiham edib, rəsmi Pekin artıq bunu təkzib edib.
    Miller əlavə edib ki, Vaşinqton “dünyanın hər bir ölkəsinin münaqişədə təcavüzkarın və qurbanın olduğunu tanımasını” təmin etməyə çalışır və Çinlə təmaslarda Amerika tərəfi bunu daim xatırladır. “Və biz düşünürük ki, hər hansı bir ölkə, xüsusən Çin üçün bu barədə birbaşa Ukraynadan eşitmək vacibdir”.

    Kuleba iyulun 23-26-da Çinə səfər edəcək. Məqsəd ikitərəfli əməkdaşlıq və Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə etməkdir. 2023-cü ilin fevralında Pekin böhrandan çıxmaq planını təqdim etdi, onun əsas müddəaları sülh danışıqlarının bərpası və hərbi əməliyyatların dayandırılması idi.


    Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun iyulun 22-də dediyi kimi, Moskva Kulebanın Çinə səfərini qiymətləndirərkən Pekinlə strateji tərəfdaşlığını rəhbər tutur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR