AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-da "Crocus"a bənzər terror aktı təhlükəsi barədə məlumat verib

  • + A
  • - A
  • 24-07-2024, 23:01

    Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-da "Crocus"a bənzər terror aktı təhlükəsi barədə məlumat verib

    ABŞ xüsusi xidmət orqanları Moskva yaxınlığındakı Crocus City Hall konsert zalına edilən hücuma bənzər terror aktı təhlükəsindən təşvişə düşüb. TASS xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey ABŞ Konqresinin Nümayəndələr Palatasının Məhkəmə-Hüquq Komitəsində dinləmələr zamanı bildirib.
    Martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Crocus City Hall konsert zalında terror aktı baş verib. Həmin gün binada Piknik qrupunun çıxışı olmalı idi, lakin tədbirin başlamasına az qalmış silahlı şəxslər içəri daxil oldular. Onlar tamaşaçılara atəş açaraq oturacaqları yandırmağa başlayıblar.
    Daha sonra şübhəlilər və onların əlaltıları saxlanılaraq həbs ediliblər. Ümumilikdə 12 nəfər saxlanılıb.
    Bu günə qədər Crocus City Hall-a hücumla bağlı 1700-dən çox zərərçəkmiş və 800 şahid dindirilib. Eyni zamanda, iyulun 19-da Moskvanın Basmannı məhkəməsi istintaq tədbirlərinin aparılması müddətini 2024-cü il sentyabrın 22-dək uzadıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR