Çin Müdafiə Nazirliyinin sözçüsü Zhang Xiaogang deyib ki, NATO Ukraynaya silah verməklə münaqişəni uzadıb və “sərvət qazanmaq” fürsətindən istifadə edir.
"ABŞ-ın rəhbərlik etdiyi NATO ölkələri atəşə yağ tökür və müharibədən böyük sərvət qazanmaq fürsətindən istifadə edirlər" deyən Zhang Xiaogang qeyd edib ki, Çin Ukrayna məsələsində obyektiv və ədalətli mövqe tutur. Hərbi idarənin nümayəndəsi xatırladıb ki, Pekin sülh danışıqlarının tərəfdarıdır.
Zhang Xiaogang həmçinin Əfqanıstan, İraq və Liviyadakı hərbi münaqişələrə görə NATO-nun məsuliyyət daşıdığını bəyan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.