İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhani İran və Ermənistan arasında hərbi müqavilə imzalandığını təkzib edib. Bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
Sobhani qeyd edib ki, silah müqavilələri ilə bağlı saxta məlumatlar yalan xəbərlər dərc etmək vərdişi olan etibarsız media tərəfindən dərc edilib.
Səfirin sözlərinə görə, belə xəbərlərin dərci İran və region ölkələri arasında dostluq əlaqələrinin inkişafına təsir göstərmək məqsədi daşıyır.
Səfir vurğulayıb ki, İran İslam Respublikası Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına, iqtisadi inkişafın tərəfdarıdır.
Xatırladaq ki, “Iran İnternational” saytı Ermənistanla İran arasında 500 milyon dollarlıq silah satınalma müqaviləsi barədə məlumat yayıb. Xəbəri ilk olaraq Ermənistan Müdafiə Nazirliyi təkzib edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.