Fəal Mika Badalyan öz Facebook səhifəsində video yayımlayıb.
“FlyOne şirkəti 3 gün əvvəl Kişinyova adam göndərmədi, onları 3 gün İrəvanda qalmağa məcbur etdi və indi də belə edir. Aviaşirkətin ofislərində insanlar ağlayır, qadınlar az qala intihar edəcəklərini deyirlər, yəni vəziyyət birbaşa kritikdir. Aviaşirkət sadəcə deyir ki, “ay, təyyarə dəyişdi”.
Xatırladaq ki, iyulun 23-də Rusiya Federasiyasının İnsan Hüquqları Şurasının prezidenti Valeri Fadeyev İrəvan hava limanında ruslara qarşı ayrı-seçkilik halları ilə bağlı Ermənistanın Rusiya Federasiyasındakı səfiri Vaqarşak Arutyunyana müraciət edib.
Şura Ermənistanın “FlyOne” aviadaşıyıcısının nümayəndələri və “Zvartnots” beynəlxalq hava limanının əməkdaşları tərəfindən hüquqlarının pozulması ilə üzləşmiş rusiyalıların müraciətlərini qəbul edir.