Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün danışıqlar davam edir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Əhməd ilə birgə mətbuat konfransında deyib.
Nazir Somalinin 44 günlük müharibə zamanı və ondan sonrakı dövrdə Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəklədiyini bildirib və buna görə somalili həmkarına təşəkkür edib.
“Mən həmkarımı münaqişədən sonrakı vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri və mina təhlükəsi barədə məlumatlandırdım”, - deyə Azərbaycan XİN rəhbəri bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.