Amerika səlahiyyətliləri Ağ Evin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqlara qayıtmağa hazır olması barədə İranı məlumatlandırıb. Bu barədə “Əl-Cərida” qəzeti məlumat yayıb.
İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasındakı mənbə jurnalistlərə bildirib ki, iyulun 23-də Amerika tərəfi plana “kiçik düzəlişlər” şərti ilə bu məsələyə tez bir zamanda qayıtmaq üçün danışıqlara hazır olduğunu bəyan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.