Rusiya və Türkiyə xarici işlər nazirlikləri bəyanat yayıblar. Bıyanatda qeyd edilir ki, Moskva və Ankara Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlini pisləyir. İsrailin bu addımının bölgədə sabitliyin daha da pozulmasına gətirib çıxaracağı vurğulanır.
Moskva və Ankara Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrail kəşfiyyat xidmətləri tərəfindən məhv edilməsini kəskin şəkildə pisləyən bəyanatlar yayıb.
Belə ki, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, yəhudi dövlətinin bu addımı Fələstin-İsrail münaqişəsini bütün regiona yaymaq məqsədi daşıyır.
Daha sonra vurğulanır ki, beynəlxalq ictimaiyyət İsrail hakimiyyətinin bu addımına cavab verməlidir, əks halda Yaxın Şərq mövcud münaqişələrin daha da genişlənməsi, eləcə də yeni qaynar nöqtələrin yaranması ilə üzləşəcək.
Öz növbəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov HƏMAS nümayəndəsinin ölümünü siyasi qətl adlandırıb.
Diplomat daha sonra bunun İsrail və HƏMAS arasında atəşkəs və israilli girovların qaytarılması ilə bağlı Dohada aparılan danışıqlara mənfi təsir edəcəyinə əminliyini ifadə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.