Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.