AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Gürcüstana yardımı dayandırır

  • + A
  • - A
  • 31-07-2024, 23:41

    ABŞ Gürcüstana yardımı dayandırır


    ABŞ Gürcüstan hökumətinin hərəkətlərini Aİ və NATO üzvlüyünə uyğun gəlməyəcəyini nəzərə alaraq, Gürcüstana yardımı dayandırır.


    “RİA Novosti” xəbər verir ki, bu barədə dövlət katibi Blinken məlumat verib.

    Mayın ortalarında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Tbilisidə keçirdiyi mətbuat konfransında bildirib ki, xarici agentlər haqqında qəbul edilmiş qanun beynəlxalq standartlara cavab verməsə, Vaşinqton Gürcüstan rəhbərliyinə qarşı şəxsi sanksiyalar tətbiq edə bilər.

    O'Brayen əlavə edib ki, Amerika tərəfi də maliyyə yardımını dayandıra bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR